Kağız və bakteriyalardan batareya hazırlanıb

Kağız və bakteriyalardan batareya hazırlanıb
  • DÜNYA

Alimlər kağız üzərində xüsusi bakteriyalar hesabına işləyən və qatlanan batareya hazırlayıblar

Trend xarici KİV-ə istinadən məlumat verir ki, batareyanın hazırlanması üçün dünyanın istənilən yerində əldə edilə bilən sadə elementlərdən istifadə olunub. Belə ki, alimlər buna kağız üzərinə üstü mum qatı ilə örtülmüş gümüş nitratı çəkərək nail olublar.

Bakteriyalardan ibarət olan maye batareyanın digər tərəfində yerləşən keçirici polimerdən hazırlanmış kiçik anbara tökülür. Batareya qatlandıqda səthlərin təması zamanı yaranan bakteriyaların metabolizmi sayasində aktivləşir. Batareyanın qüvvəsi isə təmasa girən qatların sayından asılıdır.

İstehsalçıların sözlərinə görə, böyük qüvvəyə malik olmayan batareyalardan əldə olunan enerji diabet xəstələrin qanında qlyukozanın səviyyəsini ölçmək üçün nəzərdə tutulmuş biosensor aparatlardan və digər az enerji serf edən tibbi cihazlardan istifadəni mümkün edir.
 
Aktual.az
Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR