Kafedə qadınlar arasında dava

Kafedə qadınlar arasında dava

Bakının Sabunçu rayonundakı kafelərdən birində qadınlar arasında əlbəyaxa dava olub.

"Report" xəbər verir ki, hadisə Ramana qəsəbəsinin "Südçülük sovxozu" kimi tanınan ərazisindəki müəssisədə baş verib.
Belə ki, 35 yaşlı Novruzova Gülarə Səfi qızı qeyri-rəsmi nikahda yaşadığı şəxslə kafedə olarkən, digər masada əyləşən qadınlardan biri onun yanındakı şəxslə ünsiyyət qurmaq istəyib. Bundan qəzəblənən G.Novruzova qadına iradını bildirib və bu zaman tərəflər arasında əlbəyaxa dava olub. Nəticədə qarşı tərəf G.Novruzovanın başına qədəhlə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinda araşdırma aparılır.
 
Aktual.az
Xəbər 568 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR