Kafe işlədən gözəl aktrisadan inanılmaz sözlər - "4 ildir münasibətdəyik"

Kafe işlədən gözəl aktrisadan inanılmaz sözlər   -

Bakı Bələdiyyə Teatrının aktrisası Nigar Babayeva ilə müsahibəni təqdim edirik.

- Bildiyim qədər, həyatında yenilik var. Bakı Bələdiyyə Teatrında işləməyə başlamısan.

- Bəli, 2016-cı ilin yanvar ayından etibarən Bələdiyyə Teatrında işləyirəm. Bildiyiniz kimi, Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Buna qədər bir neçə filmdə, serialda rol almışam. Həmçinin Planet Parni İz Baku KVN teatrında da rol alıram. Amma bu, ildə bir dəfə olur. Ona görə bir müddətdir istəyirdim hansısa teatrda işləyim. Düşünürəm ki, ad almaq üçün mütləq teatrda mütəmadi olaraq rol almaq lazımdır.

- Amaliya xanım kimi bir korifeyin teatrında çalışmaq necə hissdir?

- Çox xoşdur. Bura gəldiyimə çox şadam, çünki bir çox yerdən fərqli olaraq, əsil mehriban kollektiv var. Cavan aktyorlara əsil diqqət var. Bu teatra gələn gündən mənə böyük rol veriblər. Adətən aktyor gələndə əvvəlcə kiçik rolları olur. Amma mən gələn gündən böyük rol verdilər. İnşallah, inanıram ki, müvəffəqiyyətlə bu rolu canlandıracağam. May ayında tamaşamızın premyerası olacaq.

- Səni həmişə komik obrazlarda görmüşük, burada necə olacaq rolun?

- Bu tamaşada mənfi obraz yaradıram.

- Çətin deyil ki, mənfi obraz yaratmaq?

- Əlbəttə, çətindir. Yaxşı obrazı oynamağa nə var, insan özünü oynayır, saf birini oynayırsan. Əsas çətin olan mənfi obrazı yaratmaqdır.

- Qorxmursan ki, mənfi obrazdan sonra tamaşaçıların sənə reaksiyası dəyişə bilər? Çünki çox vaxt belə olur.

- Hə, bilirəm. Amma nədənsə məndə həmişə əksinə olub. Həmişə mənə mənfi rollar veriblər. Rejissorlar deyiblər ki, səni başqa cür görə bilmirik. Amma heç vaxt da tamaşaçıların sərt reaksiyasını görməmişəm.

- Bildiyimə görə, aktrisalıq, müğənniliklə birlikdə bizneslə də məşğulsan.

- Bəli, yeni bir kafe açmışıq. Sənət adamlarının yığışdığı, söhbət edə bildiyi bir yer kimi fikirləşmişik. Bu günə kimi bir çox sənət adamı, həmçinin teatrımızın rəhbəri Amaliya xanım da gəlmişdi.

- Nigar, görürəm işlər yaxşı gedir, bəs şəxsi həyat necədir?

- Heç kəsə sirr deyil ki, 4 ildir ciddi bir münasibətim var. İnşallah, işlər bir az də yoluna düşdükdən sonra evlənməyi düşünürük.

// Axar.az

Xəbər 12347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR