Putin Çeçenistan prezidentinin təklifini dəstəkləyib.
Rusiya prezidenti Vladimir Putin hökumətə Çeçenistanın dövlət başçısı Ramzan Kadırovun “Rosimuşestvo”ya məxsus olan, icarə hüquqları əsasında “Rosneft”in idarə etdiyi ən böyük neft hasilatı aktivlərindən biri – “Çeçennefteximprom”u respublikaya verilməsi təklifini dəstəkləməyi tapşırıb, “Kommersant” yazır.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, qəzetin məlumatına görə Kadırovun 3 dekabr tarixli məktubunda neft hasilatı aktivinin torpaq və infrastruktur potensialından “demək olar ki istifadə edilmədiyi” qeyd olunur.
Çeçenistan rəhbərliyi zavodun yanında Koreyanın KOKAM şirkəti ilə birgə litium-ion batareya istehsalı üzrə zavod açmaq istəyir.
Hazırda Çeçenistanda neft ehtiyatları təxminən 60 mln. ton qiymətləndirilir. Ölkədə neft hasilatı ilə “Qroznefteqaz”ın 51%-nə sahib olan “Rosneft2 məşğul olur.