"Respublika ərazisində İŞİD-çilər yoxdur"
Aktual.az xəbər verir ki, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Rusiyada terrorçular üçün ölüm hökmünün bərpa olunmasının zəruri olduğunu bəyan edib.
"Mütləq şəkildə ölüm hökmü tətbiq edilməlidir. Onlar bu həyatdan nə qədər tez getsə, bir o qədər tez bizdə qayda-qanun yaradılacaq", - deyə Kadırov müsahibədə bildirib.
O qeyd edib ki, terrorçuları həbsxanalarda saxlamaq doğru deyil, çünki onlar orada da mane olurlar.
Bundan əlavə, Kadırov əlavə edib ki, İŞİD terror təşkilatında vuruşanların arasında çeçenlər olsa da, respublika ərazisində İŞİD-çilər yoxdur.