Kadırov əsəbiləşdirdi: Qroznıya reysləri dayandıraq!

Kadırov əsəbiləşdirdi: Qroznıya reysləri dayandıraq!
  • DÜNYA

Özbəkistan parlamentinin keçmiş üzvü Rəsul Kuşerbayev Çeçenistan vətəndaşları üçün yoxlamaların gücləndirilməsini və Qroznı ilə hava nəqliyyatının dayandırılmasını təklif edib.
Aktual.az xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.
"Özbəkistanda məmurlara açıq təhdidlər terrorizmdir. Bunları dilə gətirən və ya həyata keçirməyə çalışanlar cavab verməlidirlər. Niyə Özbəkistan hökuməti belə təhdidlər səslənəndə susmalıdır? Nə vaxta qədər şovinist baxışları ilə bizi açıq-aşkar hədələyənlərin yanında səssizcə oturacağıq? Məmurdan gələn ictimai təhlükəyə layiqli cavab verməyin vaxtı çatmayıbmı?” - o bildirib.
Qeyd edək ki, Ramzan Kadırov "kimlərsə Özbəkistanda yaxşı komandanı darmadağın etməyə və sistemi sındırmağa çalışır” deyə Şövkət Mirziyayevin qızı və kürəkəninin hakimiyyətə iddialı ola biləcəyi məlumatlarını şərh etmişdi. Kadırov xəbərdarlıq etmişdi ki, bu cür ssenarilər kiçik münaqişələrlə başlayan qərbyönlü rəngli inqilabları xatırladır. O, Özbəkistan prezidentinin ailəsini söz-söhbətləri dağıtmaq üçün bəyanatla çıxış etməyə çağırmışdı.
Xəbər 70 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR