Kadırov cərimələnib

Kadırov cərimələnib
  • DÜNYA

Çeçenistan Prezidenti Ramzan Kadırov təhlükəsizlik kəməri olmadan avtomobil idarə etdiyi üçün cərimələnib.

Aktual.az-ın Trend-ə istinadən verdiyi məlumata əsasən, dünən Kadırov ailəsi ilə birlikdə avtomobildə çəkilən videonu "İnstagram" sosial şəbəkəsi vasitəsilə yayıb.

İstifadəçilər videoya şərh yazaraq bildirdilər ki, nə Kadırov nə də onun ailə üzvləri təhlükəsizlik kəmərindən istifadə etməyiblər.

Daha sonra Kadırov yazdı ki, Yol Hərəkətinin Təhlükəsizliyinin Dövlət Yoxlamasının İdarə rəisi operativ reaksiya verdi. "Protokolu təşkil etdilər, cəriməni yazdılar. Mən bazar ertəsi onu mütləq ödəyəcəyəm".

Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR