Kadırov azərbaycanlı nazirə təşəkkür etdi

Kadırov azərbaycanlı nazirə təşəkkür etdi
  • DÜNYA

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov yeni ilə respublika klinikalarından birində planlı tibbi müayinədən keçməklə başlayıb.

Aktual.az Virtualaz.org-a istinadən xəbər verir ki, R.Kadırov bu barədə öz İnstagram səhifəsində yazıb:

"Bizim klinikalarımızdan birində mən, kardiologiya daxil olmaqla, nevrologiya, qastroenterelogiya, dayaq-hərəkətedici aparatı, nəfəs orqanları, qan dövranı, endokrin sistemi... müayinəsindən keçdim. Həkimlər bildirdilər ki, sağlamam!" — deyə respublika rəhbəri qeyd edib.

R.Kadırov müayinəni təşkil etmiş respublikasının səhiyyə naziri Elxan Suleymanova, həmçinin bütün həkimlərə və tibb bacılarına təşəkkür edərək onlara sağlamlıq və əmin-amanlıq arzulayıb.

Xatırladaq ki, Elxan Suleymanov 2014-cü ilin aprelində Ramzan Kadırovun dəvəti ilə Moskvadan Qroznıya köçüb və respublika onkoloji dispanserinə başçılıq edib. O, nazir olana qədər eyni zamanda səhiyyə məsələləri üzrə respublika başçısının məsləhətçisi vəzifələrini yerinə yetirib.

Elxan Suleymanov əslən Azərbaycanın Qusar rayonundandır. Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə qurtarıb, sonra Bakı Onkologiya elmi mərkəzində işləyib. Moskvada N.N. Bloxin adına Rusiya Onkologiya Mərkəzinin bazasında aspiranturanı bitirib. Tibbi elmlərin namizədidir. ABŞ-da və Almaniyada təcrübə keçib.


.



Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR