Kadırov Azərbaycanı Qərbə üsyan etməyə çağırdı

Kadırov Azərbaycanı Qərbə üsyan etməyə çağırdı
  • DÜNYA

"Bəla istənilən islam dövlətinə gələ bilər"

Ölkə.Az xəbər verir ki, Çeçenistanın lideri Ramzan Kadırov bütün islam ölkələrinin liderlərini Yaxın Şərqdəki münaqişələrdən əziyyət çəkən dindaşlarının müdafiəsinə qalxmağa çağırıb.

Bu barədə o, "Instagram" hesabında yazıb.

"Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt, İordaniya, İndoneziya, Malayziya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Tacikistan və digər müsəlman ölkələrinin liderlərini din qardaşlarımızın müdafiəsinə qalxmağa çağırıram", - deyə Kadırov yazıb.

Onun sözlərinə görə, müsəlmanların Qərbin qeyri-insani siyasətinə cavab verməyəcəyi halda bəla istənilən islam dövlətinə gələ bilər.

Bir müddət öncə Ramzan Kadırov İŞİD terror təşkilatının tərəfində döyüşən şəxsləri Rusiya vətəndaşlığından məhrum etməyi təklif edib.

/ Aktual.az

Xəbər 909 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR