Kadırov abortu qadağan edir

Kadırov abortu qadağan edir
  • DÜNYA

Tezliklə Çeçenistanda abortlar tamamilə qadağan oluna bilər.

Aktual.az anspress-ə istinadən bildirir ki, hazırda bu barədə qanunverici təşəbbüsü respublika parlamenti müzakirə edir.

Bu informasiyanı ÇR Xalq məclisinin sosial siyasəti məsələləri üzrə komitəsinin sədr müavini Usman Ozdamirov təsdiq edib.

Onun sözlərinə görə, Çeçenistan Respublikasında hamiləliyin süni dayandırılmasının qadağası haqqında qərar respublika başçısı Ramzan Kadırov və onun yaxın ətrafı tərəfindən gəlib. Məhz Çeçenistan başçısı respublikada abortları qadağan etməyi əmr edib.

2007-ci ildə Kadırovlar iki oğlanı övladlığa götürüblər.

"Regionda bu qanun artıq ilin sonuna kimi qəbul ediləcək. Amma biz gözləyirik ki, Çeçen Respublikasının ardınca Rusiyanın əsasən müsəlman regionları və Şimali Qafqazın qalan respublikaları aborta qadağanı daxil edəcəklər", - Leonid Sevastyanov qeyd edib.

Qeyd edək, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun doqquz uşağı var. Kadırov üç oğul və altı qız atasıdır. 2007-ci ildə Kadırovlar iki oğlanı övladlığa götürüblər.

Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR