Hafta.az-ın Haykakan Jamanaka istinadən verdiyi xəbərə görə, hadisə İrs Partiyasınının Gümrüdə keçirdiyi mitinq zamanı baş verib. Belə ki, hadisələri işıqlandırmaq istəyən jurnalist fotoqraf mülki geyimli şəxslərin yumruq-təpiyinə məruz qalıb. Polis jurnalistə hücum edənləri sakitləşdirməyə çalışsa da 29 yaşlı Taham Kasparyanın xəstəxanaya aparılarkən yolda keçindiyi bildirilir.
İrs partiyasından hadisəyə görə verilən açıqlamada bu işi iqtidarın təşkil edə biləcəyi bildirilib. Qeyd edək ki, Kasparyanın döyülərək qətlə yetirilməsi işğalçı ölkədə mitinqlər zamanı öldürülən ilk jurnalist qətl hadisəsi deyil. Belə ki, 2008 - ci il iğtişaşları zamanı da bir jurnalist peşə borcunu yerinə yetirərkən polis dəyənəyinin qurbanı olub.
Aktual.az