"Qarabağ"ın sabiq hücumçusu Olavio Juninyo Ağdam klubuna əlavə gəlir qazandırıb.
Aktual.az İdmanxeber.az-a istinadən xəbər verir ki, buna səbəb "Flamenqo"nun uğurları olub.
Futbolçu Braziliya klubu ilə həm ölkə çempionu, həm də Libertadores Kubokunun qalibi olduğu üçün "Qarabağ"a iki titulun qarşılığı olaraq ümumilikdə 500 min avro (təxminən 1 milyon manat) ödənilib.
Xatırladaq ki, Juninyo bir il əvvəl 5 milyon avroya "Flamenqo"ya satılmışdı.
Xəbər 47 dəfə oxunub.