Bu yaxınlarda "Çelsi"dən ayrılan Joze Mourinyonun hansı klubu çalışdıracağı maraqla gözlənilir.
Aktual.az-ın Apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis şok təklif alıb.
Belə ki, Ginnesin Rekordlar Kitabına "dünyanın ən uğursuz komandası" kimi düşən Braziliya təmsilçisi "İbis" Mourinyoya rəsmi təklif göndərib. Rəsmi sənəddə Mourinyonun qarşısına qoyulan şərtlər də yazılıb. Hətta zəif çıxış təqdirində onunla yolların ayrılacağı da qeyd edilib.
Qeyd edək ki, "İbis" 3 il 11 ay qələbə üzü görməməklə Ginnesin Rekordlar Kitabına düşüb. Klubun emblemində "Pior Time do Mundo" (dünyanın ən uğursuz komandası) yazısı da yazılıb.