Tanınmış portuqaliyalı məşqçi Joze Mourinyo gələcək karyerası ilə bağlı seçim edib.
APA-nın məlumatına görə, bunu Fransanın "Lion” klubunun prezidenti Jan-Mişel Olyas açıqlayıb.
O, J.Mourinyonun Liqa1 klubunun baş məşqçisi olmaqdan imtina etməsinə şərh verib: "Biz onunla mesajlaşdıq. Söhbətimiz çox xoş keçdi. Amma bizim təklifimizi qəbul etmədi. Çünki özünün yeni klubunu müəyyənləşdirib”.
Silvinyonu istefaya göndərən "Lion” onun yerinə məhz J.Mourinyonu gətirmək istəyib. Braziliyalı cari mövsümün startındakı uğursuzluğa görə postundan kənarlaşdırılıb.
Böyük Britaniya KİV-i mütəxəssisin "Real” və ya "Tottenhem”də çalışmaq istədiyini iddia edir. O, "Mançester Yunayted”dən ayrıldıqdan sonra 10 aya yaxındır işsizdir.
Miq.az
Xəbər 839 dəfə oxunub.