Joze Mourinyo karyerasını yenidən İtaliyada davam etdirə bilər

Joze Mourinyo karyerasını yenidən İtaliyada davam etdirə bilər

Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo karyerasını yenidən İtaliyada davam etdirə bilər.

"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis "Roma" ilə danışıqlar aparır. 
Paytaxt təmsilçisi martda Eusebio di Françesko ilə yollarını ayırıb. Onun yerinə mövsümün sonunadək Klaudio Ranyeri təyin olunub. Mourinyonun Tomas Tuxel istefa verəcəyi təqdirdə, Fransa PSJ-sinin təklifini də nəzərdən keçirəcəyi bildirilir.
Qeyd edək ki, Joze Mourinyo 2008 - 2010-cu illərdə "İnter"də çalışıb. O, iki dəfə İtaliya çempionluğu, ölkə kuboku və Superkubokunu qazanıb, Çempionlar Liqasının qalibi olub. Mourinyonun son iş yeri 2018-ci ilin dekabrında tərk etdiyi İngiltərə "Mançester Yunayted"i olub.
Xəbər 418 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR