Joze Mourinyo bu gün istefaya göndəriləcək

Joze Mourinyo bu gün istefaya göndəriləcək
  • İDMAN

 İngiltərənin "Mançester Yunayted” komandasının baş məşqçisi Joze Mourinyo Premyer Liqanın VIII turunda "Nyukasl”la ev oyununda sonra istefaya göndəriləcək.

"Report” "Mirror”a istinadən xəbər verir ki, 55 yaşlı portuqaliyalı mütəxəssis matçın nəticəsində asılı olmayaraq, qovulacaq. Belədə, klub Mourinyoya 20 milyon funt sterlinq civarında təzminat ödəyəcək.
"Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə əsas namizəd Zinəddin Zidan göstərilir.
Qeyd edək ki, bu gün keçiriləcək "Mançester Yunayted” – "Nyukasl” görüşü Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. "Qırmızı şeytanlar” hazırda 10 xalla 10-cu pillədə qərarlaşıb. 2016-cı ilin mayında komandanın baş məşqçi təyin olunan Mourinyo bu müddətdə Avropa Liqası, İngiltərə Liqa Kuboku və İngiltərə Super Kubokunun qalibi olub.
 
Aktual.az
Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR