"Joxovurd": Seçkilərin sentyabrın 17-də keçirilməsi barədə qərar qəbul edilib


Paşinyan bir müddətdir gərgin münasibətlərdə olduğu İrəvan meriyasını dəyişdirmək istəyir.
Aktual.az xəbər verir ki, "Joxovurd” qəzeti maraqlı məlumat yayıb.
Qəzetin informasiyasına görə, dünən İrəvan Ağsaqqallar Şurasında (İrəvan meriya Məclisi-red.) hakim "Mənim addımım” fraksiyasının rəhbərliyi iclas keçirərək qarşıdan gələn seçkiləri müzakirə edib.
Müzakirələr nəticəsində seçkilərin sentyabrın 17-də keçirilməsi barədə qərar qəbul edilib. Məlum olduğu kimi, "Vətəndaş sazişi”nin siyahısına hazırda vitse-mer postunu tutan Tiqran Avinyan başçılıq edir.
Maraqlıdır ki, İrəvan Ağsaqqallar Şurasının "Mənim addımım” fraksiyasının rəhbəri Armen Qalçyan bu məsələnin gündəmdə olmadığını söyləyib.
Gələn məlumatlara əsasən, İrəvanda Türkiyə və Azərbaycnaın dövlət xadimlərinə sui-qəsd həyata keçirən erməni terrorçularına "Nemesis” abidəsinin ucaldılması məsələsi hökumətdə narazılıq yaradıb. Abidənin xüsusilə Türkiyə ilə münasibətlərin normallaşdırılması fonunda açılması bəzi hökumət nümayəndələri tərəfindən təxribat olaraq dəyərləndirilib.(musavat.com)


Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR