Jo Anne Barnhart: "Seçkilərə hazırlıq yüksək səviyyədə aparılıb"

Jo Anne Barnhart:

"Azərbaycanda parlament seçkilərinə hazırlıq yüksək səviyyədə aparılıb. Bu cür hazırlıq seçkilərin şəffaf və ədalətli keçəcəyini deməyə əsas verir".

Aktual.az-ın məlumatına görə, bu fikirləri "Artur Filkenşteyn və Assosiasiya"sının əməliyyatlar üzrə direktoru Jo An Barnhart Secki2015.az saytına açıqlamasında deyib.

O bildirib ki, təmsil etdiyi qurumun dəvətilə "exit-poll" keçirmək üçün ABŞ-dan 25 mütəxəssis dəvət edilib.

"Əməkdaşlarımız arasında professorlar, müəllim və tələbələr də var. Biz 2013-cü ildə keçirilən prezident seçkilərində də burada işləmişik. O zaman da şəffaf seçkilərin keçirilməsinin şahidi olduq. Burada yenidən olmaqdan çox məmnunam. Deyə bilərəm ki, Azərbaycan çox yaxşı seçki keçirmək təcrübəsinə malikdir. Şəffaf mühit seçkinin ədalətli keçirilməsinə zəmin yaradır".

Qərbin seçkilərlə bağlı Azərbaycana təzyiq cəhdlərinə gəlincə, ABŞ-lı mütəxəssis burada hər hansı çatışmazlıq və nöqsanla rastlaşmadığını bildirdi.

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR