Belarus və Ukrayna Rusiyanın keçdiyi demokratik məktəbi keçə bilməyiblər.
Aktual.az axar.az-a istinadən bildirir ki, bunu Rusiya mətbuatına açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, Rusiyanın Belarusa münasibətində heç bir diskriminasiya yoxdur.
Qeyd edək ki, bundan öncə Belarus prezidenti Aleksandr Lukaşenko Minskin Rusiyanın əlində oyuncaq olmayacağını bildirib.