“Bakı 2015-ci ilin yay Avropa Oyunlarının paytaxtı kimi bütün Avropada bir daha tanınacaq”.
“Qafqazinfo”nun məlumatına görə, bunu Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Azərtac-a müsahibəsində deyib: “İlham Heydər oğlu Əliyev bütün keçmiş SSRİ məkanında ən yaxşı rəhbərlərdən biridir. Respublika dinamik inkişaf edir və əməkdaşlıq üçün yaxşı perspektivlər var”.
O qeyd edib ki, Azərbaycan zəngin cənub regionudur: “Respublika nə istehsal edirsə, Rusiya onu satın almağa hazırdır”.
Rusiya siyasətçisi Bakıda xeyli sayda rus məktəbinin olması və rus dilinin sərbəst işlədilməsini qeyd edib:
“Respublikanıza bundan sonra da tərəqqi, birinci Avropa Oyunlarının uğurla keçirilməsini arzulayıram”.
Aktual.az