Azərbaycan futbolunun tanınmış veteranlarından olan Aleksandr Jidkov uzun müddətdən sonra yenidən ölkəmizə qayıdır.
Aktual.az xəbər verir ki, "Neftçi”nin və milli komandamızın sabiq qapıçısı ölkə klublarından birində çalışacaq.
O, birinci divizionun debütantı "İrəvan” klubu ilə razılığa gəlib. Jidkov bu komandada qapıçılarla işləyən məşqçi olacaq.
Qeyd edək ki, İrəvanın baş məşqçisi Nazim Süleymanovdur. Çox güman ki, Jidkovu da klubda işləmək üçün o, dəvət edib.
Xəbər 229 dəfə oxunub.