"JEK"lər ləğv edilir?


Çoxmənzilli binaların idarəolunması üçün yeni Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılıb.

Aktual.az  bildirir ki, bu barədə virtualaz.org saytına İqtisadiyyat Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, Bakı şəhərinin Yasamal rayonunda 2, Binəqədi, Nərimanov və Səbail rayonlarının hər birində 1 və Abşeron rayonunda 1 MMMC yaradılaraq dövlət qeydiyyatından keçib. Bununla da ölkə üzrə MMMC-lərin sayı 28-ə çatıb.

Ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə bağlı tədbirlər davam etdirilir.

Qeyd edək ki, Mənzil Məcəlləsində "JEK"-lərin (Mənzil-istismar idarələrinin) ləğv olunması nəzərdə tutulub. Çoxmərtəbəli binalar yeni yaradılan cəmiyyətlər tərəfindən idarə olunacaq.

Xəbər 528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR