İyulda Ramazan bayramı ilə əlaqədar 2 gün qeyri-iş günü olacaq.
Aktual.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli qərarında əksini tapıb. Qərara əsasən, iyulun 6 və 7-si Ramazan bayramıdır. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.