İctimai Televiziya və Radio Yayımları şirkəti efir proqramında dəyişiklik edib.
Aktual.az-a televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar bu gündən 3 gün müddətində öz proqramına dəyişiklik edib.
Musiqili və əyləncəli xarakterli verilişlər proqramdan çıxarılıb.