İctimai Televiziya regional bürolarının bağlanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda deyilir: “İctimai Televiziyanın (İTV) ölkə xaricində və Azərbaycanın regionlarındakı müxbir məntəqələri fəaliyyətlərini davam etdirir və onların bağlanmasına dair yayılmış xəbər yalandır, həqiqətə uyğun deyil”.