"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərin yaxınlarının qayğılarını qarşılamaq üçün SOCAR-ın müxtəlif strukturlarında müvafiq qruplar yaradılıb".
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
"Bütün işləri SOCAR-ın vitse-prezidenti Bədəl Bədəlov koordinasiya edir. Yaradılan qruplarda iştirak edən əməkdaşlarımız itkin düşənlərin yaxınları ilə mütəmadi əlaqə saxlayaraq, onların problemləri ilə maraqlanır, axtarış tədbirləri barədə lazımi informasiyanı çatdırır. Təbii ki, xəstəxanada olan əməkdaşlarımız da diqqətdən kənarda qalmayıb, onlarla da mütəmadi əlaqə saxlanılır. Bilirsiniz ki, ölkə başçısının imzaladığı sərəncama əsasən həmin ailələrə müvafiq maddi yardımın edilməsi nəzərdə tutulub. Təbii ki, maddi yardım göstəriləcək", - deyə X. Məmmədov bildirib.
Aktual.az