Şirvanda itkin düşən qardaş-bacı tapılıb.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan
Aktual.az-a məlumata görə, bu il avqustun 28-də Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri, 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar.
Bundan narahat olan ailəsi onların tapılması üçün Şirvan şəhər Polis Şöbəsinə müraciət edib. Polis şöbəsinin cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən bacı və qardaş dünən Bərdə rayon ərazisindən tapılaraq ailə üzvlərinə təhvil verilib.
Aktual.az Xəbər 601 dəfə oxunub.