Şirvan şəhərində itkin düşən qadın müəllimin meyiti tapılıb.
Aktual.az report-a istinadən xəbər verir ki, meyit Şamaxı rayonunun Göylər kəndi ərazisində aşkar edilib. Belə ki, qadın öldürüldükdən sonra onun meyiti sellofan torbaya qoyulub.
Həmin torba Çöl Göylər - Dağ Göylər avtomobil yolunda dərəyə atılıb. İlkin məlumata görə, meyit mayın 24-də itkin düşən qadın müəllim, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevaya məxsusdur.
Aktual.az
Xəbər 457 dəfə oxunub.