Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən deyilib. Qeyd olunub ki, nazirliyin aidiyyəti qurumları itkin düşmüş neftçilərin axtarışını hər gün davam etdirir.
Milli.Az