İtini tapana evini verəcək Qeyri-adi təklif

İtini tapana evini verəcək  Qeyri-adi təklif

İtini itirən Çin sakini onu tapan şəxsə öz evini təklif edib. 

Trend xarici mətbuata istinadən məlumat verir ki, Pekində yaşayan Lyu soyadlı 70 yaşlı qadın öz evinin yaxınlığında itini itirməsi haqqında məhz belə elan yapışdırıb.

Qadının mülkünün dəyəri təxminən 650 min dollardır.

Bu elandan sonra həmin qadına çoxlu zənglər edilib. Zəng edənlər heyvanı tapdıqlarını iddia edirlər.

Həmin qadının bacısı oğlu deyib ki, onlar belə zənglərə görə axtarışdan imtina etmək niyyətindədirlər.

Aktual.az

Xəbər 816 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR