İtən neftçilər peyklə axtarılır

İtən neftçilər peyklə axtarılır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Aktual.az FHN-ə istinadən xəbər verir ki, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürmə gəmiləri ərazidə fasiləsiz olaraq yanğının söndürülməsi işlərini davam etdirir.

: "Bundan əlavə, FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Sanmar” və “Svetlomor-2” gəmisi mümkün neft dağılmaları ilə əlaqədar ərazidə monitorinq işləri aparır. Nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarış işlərini həyata keçirir".

Eyni zamanda, FHN-dən bildirilib ki, itkin düşənlərin axtarış işlərində Fövqəladə Hallar Nazirliyinə “Azərkosmos” ASC-dən və Dövlət Dəniz Administrasiyası vasitəsilə Avropa İttifaqının Axtarış-xilasetmə Mərkəzindən təqdim olunan yüksək ayırdetmə imkanlı peykdən çəkilmiş fotoşəkillərdən də istifadə olunur.

Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR