İtə Kann festivalında mükafat verdilər

İtə Kann festivalında mükafat verdilər

Cim Carmuşanın yeni "Paterson" filmindəki buldoq Kann festivalında xüsusi "The Palm Dog Award" mükafatına layiq görülüb.

Aktual.az oxu.az-a istinadən bildirir ki, bu barədə müsabiqənin mətbuat xidməti məlumat yayıb.

"Ölümündən sonra ilk "Palm Doq" mükafatını alan buldoq Nellidir", - məlumatda deyilir.

Təəssüf ki, Nelli öz şöhrət qazandığı anların şahidi olmadı. Nelli qız olsa da, filmdə baş qəhrəman Patersonun hər axşam gəzintiyə çıxardığı deyingən köpək Marvini oynayıb.

Carmuşun daha öncə qeyd etdiyi kimi, Nelli əla improvizasiya edirdi. "O, öz replikalarını özü düşünürdü", - rejissor zarafat edib.

Xəbər 482 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR