İtaliyalı porno-aktrisa futbol klubunun direktoru oldu

İtaliyalı porno-aktrisa futbol klubunun direktoru oldu
  • DÜNYA

“Yeni rəhbər klub üçün faydalı olacaq”.

İtalyan porno-aktrisası Sara Tommazi həvəskar “Marruvium” futbol klubu ilə müqavilə imzalayıb. Qadın yığmanın direktorlarından biri olub, News.com.au məlumat yayıb.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, Tommazinin sözlərinə görə, o çoxdandır ki, idman fəaliyyəti göstərmək istəyirdi. Böyüklər üçün filmlərin 34 yaşlı ulduzunun hansı funksiyaları yerinə yetirəcəyi barədə məlumat verilməyib.

Ölkə çempionatının aşağı liqalarında – D seriyasında çıxış edən komandanın prezidenti Romeo Lav yeni rəhbərin “Marruvium” üçün faydalı olacağından əmindir.

“Mən Sara ilə əməkdaşlığımız ilə fəxr edirəm və buna çox ciddi yanaşıram”, - Lav bildirib.

Klub rəhbərliyi qadının populyarlığının “Marruvium”a diqqət çəkəcəyinə ümid edir.

Onun Twitter səhifəsində 96 min abunəçisi, Instagram səhifəsində isə 36 min abunəçisi var.

Xəbər 475 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR