İtaliyalı məşhur futbolçu Mario Balotelli Fransanın "Nitsa" klubu ilə vidalaşıb.
"Report"un məlumatına görə, 28 yaşlı oyunçu məlumatı şəxsi "İnstagram" hesabından paylaşıb.
Hücumçu yayda komandanı tərk edəcəyini açıqlayıb: "Burada iki gözəl mövsüm keçirdim. Hər kəsə təşəkkür edirəm. Amma hələ qarşıda 5 oyun var".
İtaliyalı futbolçunun klubu ilə müqaviləsi yayda başa çatır. Beləliklə, Balotelli artıq azad agent kimi digər klublarla danışıqlar aparmaq hüququna malikdir.
Qeyd edək ki, Mario Balotelli 2016-cı ildən etibarən "Nitsa" komandasında çıxış edir.
Aktual.az
Xəbər 923 dəfə oxunub.