İtaliyada ötən gün baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 200 nəfəri ötüb.
AzNews.az ANSA agentliyinə istinadən xəbər verir ki, İtaliyanın mərkəzi regionunda ölənlərin sayı 247 nəfərə çatıb.
Məlumata görə, Amatriç, Peskar-del-Tronto, Akkumoli, Arkuatda yeraltı təkanlardan ziyan görən yaşayış məntəqələrində axtarış-xilasetmə işləri fəal şəkildə davam edir.