Ölkə.Az Rusiya mediasına istinadən xəbər verir ki, İtaliyanın cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində 10 nəfər həlak olub.
Qatarlar Apuliya vilayətinin Korato və Andriya yaşayış məntəqləri arasında toqquşub. Qatarlardan birinin 3 vaqonu tamamilə parçalanıb. Hazırda hadisə yerində tibb briqadaları və xilasedicilər işləyir.