İtaliyada göldə boğulan azərbaycanlı tələbənin meyiti tapılıb.
Bu barədə APA-ya həmin tələbənin yaxın qohumu Natəvan Seyidzadə məlumat verib.
O bildirib ki, meyit 2 gün öncə axşam saatlarında tapılıb: "Hazırda meyitin Bakıya gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır. Yəqin ki, meyit iyunun 22-də Bakıya gətiriləcək”.
Qeyd edək ki, Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi, 29 yaşlı Elnur Babayev iyunun 2-də Kastel Qandolfo şəhərindəki Albano gölündə boğulub.
O, ailənin yeganə oğlan övladı idi.
Aktual.az Xəbər 479 dəfə oxunub.