İtaliya xarici işlər naziri Paulo Centiloni Azərbaycana səfər edəcək.
Aktual.az xəbər verir ki, APA-nın İtaliya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə nazir ötən gün Romada Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 4-cü iclasında deyib.
O bu səfərin növbəti aylarda baş tutacağını bildirib.
Centiloni İtaliya-Azərbaycan münasibətlərinin son illərdə inkişaf etdiyini, qarşılıqlı çoxsaylı səfərlərin, xüsusilə də Azərbaycan prezidenti İlham Əliyevin 2014-2015-ci illərdə İtaliyaya səfərlərini önə çəkərək İtaliya tərəfinin Azərbaycana rəsmi səfərlərin sayını artırmaq istədiyini bəyan edib.