İtaliyanın Baş naziri Corciya Meloni Parisdə keçirilən "İstəklilər koalisiyası”nın iclasından sonra təhlükəsizlik zəmanəti çərçivəsində İtaliya qoşunlarının Ukraynaya göndərilməyəcəyini deyib.
Aktual.az xəbər verir ki, bu barədə İtaliya hökuməti məlumat yayıb.
"Baş nazir Meloni İtaliya hökumətinin zəmanət məsələsində bir sıra prinsipial mövqeyini, xüsusən də İtaliya qoşunlarının ərazidə yerləşdirilməsinin istisna edilməsini bir daha təkrarlayıb”, - məlumatda deyilib.
Xəbər 89 dəfə oxunub.