İtaliya Türkiyəyə pul ayrılmasına qarşı çıxıb

İtaliya Türkiyəyə pul ayrılmasına qarşı çıxıb
  • DÜNYA

İtaliya Avropa İttifaqı tərəfindən Yaxın Şərq ölkələrindən Avropaya miqrant axını ilə mübarizəyə yardımın müqabilində Türkiyəyə 3 milyard dollar avro vəsaitin ayrılmasına qarşı çıxıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Avropa diplomatik mənbələrinin məlumatında bildirilir.

"Yalnız bir Aİ ölkəsi əvvəlki kimi Türkiyəyə maliyyə vəsaitinin ayrılmasına qarşı çıxır. Mən bilmirəm bunu əngəlləmək İtaliyanın nəyinə lazımdır", - deyə mənbələrdən biri qeyd edib.

"İndi hər şey belə görünür, Avropa sanki geri addım atıb. Biz Ankara ilə qaçqın və miqrant axınının dayandırılmasına dair danışıqlarda etimada layiq tərəfdaş olmaq üçün bu problemi həll etməliyik", - deyə digər avropalı diplomat bildirib.

Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR