​İtaliya şirkəti Azərbaycanı tərk edir

​İtaliya şirkəti Azərbaycanı tərk edir

"Maccaferri Azerbaijan" MMC ləğv olunduğunu elan edib.

Aktual.az report-a istinadən bildirir ki, Vergilər Nazirliyindən əldə etdiyi məlumata görə, təsisçinin ləğvetmə qərarı yanvarın 19-da verilib.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu Rəşid Behbudov küçəsi, ev 59, mənzil 63 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Maccaferri" şirkətinin əsası 1879-cu ildə İtaliyada qoyulub. "Maccaferri Azerbaijan" MMC-nin əsas işi mülki və ətraf mühitdə mühəndislik və müdəfiə işlərinin görülməsi, xüsusən də torpaq möhkəmləndirilməsi, drenaj sistemləri, sualtı boru kəməri qorunması, dəmir-beton polad liflərdən, tunelin bərketməsi, gaya-sürüşmədən mühafizə torlarını quraşdırma və texniki həllərin satışı və təchizatıdır.

Xəbər 498 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR