İtaliya səfirliyi Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Aktual.az xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin rəsmi "Twitter"də paylaşım edilib.
"Bu gün Azərbaycan xalqı üçün əlamətdar bir gündür və dost İtaliya xalqı Azərbaycan Respublikasına müstəqilliyinin bərpasının 31-ci ildönümü münasibətilə ən səmimi təbriklərini çatdırır",-deyə paylaşımda qeyd olunub.
Xəbər 271 dəfə oxunub.