İtaliya səfiri ADA Universitetinin rektoru ilə görüşüb

İtaliya səfiri ADA Universitetinin rektoru ilə görüşüb

İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko həyat yoldaşı ilə birgə ADA Universitetinə baş çəkərək ali təhsil ocağının rektoru Hafiz Paşayevlə görüşüb.
Aktual.az xəbər verir ki, bu barədə diplomatik missiyanın mətbuat xidməti bildirib.
"Səfir Luka di Canfrançesko xanımı Vayame Bunejar ilə birlikdə ADA Universitetində olub və rektor Hafiz Paşayevlə görüşüb. Söhbət zamanı İtaliya–Azərbaycan Universitetinin 2022-ci ildən etibarən İtaliyanın 5 universiteti ilə birgə təşkil edilən kurslarından bəhs edilib”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev İtaliya–Azərbaycan Universiteti layihəsinin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR