İtaliya ABŞ-ın Siqonella hava bazasından istifadəsinə icazə verməyib. Qərar İtaliya müdafiə naziri Quido Krozetto tərəfindən verilib.
Aktual.az xəbər verir ki, bu barədə "Corriere della Sera” nəşri məlumat yayıb.
"ABŞ-ın bir neçə bombardmançısının uçuş planında Siqonella hava limanına eniş və oradan da Yaxın Şərqə uçuş nəzərdə tutulurdu. Lakin ABŞ komandanlığı bu barədə heç kimdən icazə almayıb və İtaliya hərbi rəhbərliyi ilə məsləhətləşməyib. Məlumat isə təyyarələr artıq uçuşa başladıqdan sonra verilib”, - nəşr bildirib.
Qəzet bu qərarın Roma ilə Vaşinqton arasındakı münasibətlərə təsir göstərəcəyini yazıb.
Qeyd edək ki, dünən İtaliya müdafiə naziri Quido Krozetto ölkəsinin İranla müharibəyə qoşulmadığını açıqlamışdı.
Xəbər 59 dəfə oxunub.