Artıq uzun müddətdir ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı rolunu oynayır. Ölkəmizin istər ticarət dövriyyəsində, istərsə də ixrac əməliyyatlarında İtaliya öz birinciliyini qorumaqdadır.
Aktual.az xəbər verir ki, iki ölkə arasındakı ticari əlaqələrin statistik göstəricilərinə nəzər salsaq, sürətli artım tempini müşahidə edərik. Belə ki, cari ilin yanvar-iyul aylarında Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsi 11 milyard 73 milyon 487 min ABŞ dolları olub və bu rəqəm ötən illə müqayisədə 2,5 dəfə çoxdur (ötən il 4 milyard 618 milyon 952 min ABŞ dolları olub).
Azərbaycandan İtaliyaya ixracın dəyəri 10 milyard 901 milyon 469 min dollardır. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 6 milyard 544 milyon 85 min dollar artım deməkdir. İxracda əsas payı mineral yanacaq, neft və onların qovulma məhsulları, bitum tərkibli maddələr, mineral mumlar tutur.
Ölkəmiz yeddi ayda İtaliyadan 172 milyon 18 min dollar dəyərində məhsul idxal edib ki, bunlara əsasən nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular, onların hissələri, qara metallardan məmulatlar və əczaçılıq məhsulları aiddir.
Xəbər 366 dəfə oxunub.