İsmayıllı rayonunda itin hücumuna məruz qalan qadın ağır xəsarət alıb.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Kürdmaşı kəndində kənd sakini 1971-ci il təvəllüdlü Nəcəfova Dilbər Abdul qızı yaşadığı evin həyətində bəslədiyi itin hücumuna məruz qalıb. Qadın tənha yaşadığı üçün həmin vaxt köməksiz vəziyyətdə qalıb və qəzəbli itdən canını qurtara bilməyib. İt onu yerə yıxaraq parçalayıb. Bədənin müxtəlif nahiyələrindən çoxsaylı xəsarət alan Dilbər Nəcəfova qonşuların köməyi ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılaraq, əməliyyat olunub. İtin quduzlaşdığı ehtimal olunur və buna görə də qadına vaksin vurulub.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az Xəbər 553 dəfə oxunub.