"Bakı 2015" I Avropa Oyunlarında daha bir medal dəsti öz sahibini tapıb. "Report"un məlumatına görə, qadınlar arasında keçirilən triatlon yarışında İsveçrə idmançısı qızıl medal qazanıb.
Nicola Spirig bütün rəqiblərini qabaqlayaraq müəyyən edilmiş məsafəni 2 saat 28 saniyəyı başa vurub. O, həm də 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. İkinci yeri 2 saat 1 dəqiqə 44 saniyə ilə Hollandiya idmançısı Rachel Klamer tutub. İlk üçlüyü 2 saat 1 dəqiqə 46 saniyə ilə isveçli Lisa Norden qapayıb.
8 idmançı isə yarışdan kənarda qalıb. Mübarizəni axıradək başa vura bilməyən idmançılar arasında Türkiyə təmsilçisi İpek Öztosun da olub. Azərbaycan təmsilçisi Kseniya Levkovskaya üzgüçülük, velosipedsürmə və qaçış hərəkətlərinin cəmində 2 saat 5,47 saniyə nəticə ilə 17-ci yeri tutub.
Qeyd edək ki, Dağ velosipedi idmanı üzrə də qızıl medalın sahibi müəyyənləşib. İsveçrə yığma komandasının üzvü Jolanda Neff fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb.
Aktual.az