İsveç altı saatlıq iş rejiminə keçir

İsveç altı saatlıq iş rejiminə keçir
  • DÜNYA

İş saatlarında sosial şəbəkələrdən istifadədən qaçınmağı xahiş ediblər.

İri İsveç şirkətləri altı saatlıq iş rejiminə keçməyə başlayıblar, bu, məhsuldarlığı artırmaq və əməkdaşları xoşbəxt etmək üçün atılan addımdır.

Altı saatlıq iş rejiminə keçməyin məqsədi işçilərin daha az zaman ərzində daha məhsuldar olmalarından və şəxsi həyatları üçün zamanın qalmasından ibarətdir.

İş saatını iki saat azaldan və əvvəlki maaş səviyyəsini saxlayan müəssisə rəhbərləri iddia edirlər ki, bu addım məhsuldarlığı artırmağa və əməkdaşları xoşbəxt etməyə imkan yaradıb.

İndi onların özləri, ailələri və idmanla məşğul olmaq üçün daha çox zamanları yaranıb. Nəticədə onlar həm iş yerindən çıxarkən, həm də səhər ora qayıdarkən daha xoşbəxtdirlər. Bunun əvəzində isə iş saatlarında sosial şəbəkələrdən istifadədən və digər diqqət yayındıracaq fəaliyyətdən qaçınmağı xahiş ediblər.\oxuaz

Aktual.az

Xəbər 711 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR