Qusar rayonunda istirahət mərkəzində yanğın baş verib.
Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qusar rayonu, Qayakənd kəndində vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 45 kv.m olan 2 otaqlı taxtadan ibarət kotecin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.