İstilərdən sonra çaylarda sululuq səviyyəsi

İstilərdən sonra çaylarda sululuq səviyyəsi

Respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb.
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq ongünlük normanın 40-60 faizini təşkil edir.
 
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, avqustun 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 30 m3/s olmaqla, ongünlük normanın 22 faizini təşkil edir. 2015-ci ildə bu rəqəm 75 m3/s olmaqla, ongünlük normanın 56 faizini təşkil edib.
 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 51 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2015-ci ildə bu rəqəm 12,5 m3/s olmaqla, ongünlük normanın 19 faizini təşkil edib.
 
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, avqustun 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Salyanda 2, Bankədə 12 və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 9 sm artım qeydə alınıb.
 
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 370sm (2015-ci il avqustun 15-də 332 sm), Salyanda 147 sm (2015-ci il avqustun 15-də 97 sm), Bankədə 193sm (2015-ci il avqustun 15-də 169 sm), Araz çayının Novruzlu məntəqəsində isə 83 sm (2015-ci il avqustun 15-də 46 sm) təşkil edir.
 
Aktual.az
Xəbər 387 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR